İranda baş verən bu proseslər onu göstərir ki, rejimin dəyişdirilməsi gündəmdə olsa da, İranın parçalanmasında Qərb dünyası maraqlı deyil və İran nəzərdə tutulmuş rolunu davam etdirməlidir. Ancaq ixtişaşların yaratdığı şərait Tramp və Netanyahunun qərarlarına regional risklər nəzərə alınmaqla əhəmiyyətli təsir göstərə bilər.
Bunu Planetinfo.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, İranda son məlumatlara görə yüzə yaxın itki var, yaralıların sayı isə həddindən artıq çoxdur. Buna baxmayaraq, bu vəziyyətdə İranda vahid liderin ortaya çıxmaması, təbii ki, Qərb dünyasının planlarına uyğundur. Lakin xalqın qarşısında qoyulan bu iki şərt – ya teokratik rejimin davamı, ya da monarxiyanın bərpası – Cənubi Azərbaycanın taleyini müstəqil şəkildə həll etməsini zərurətə çevirir. Cənubi Azərbaycan bu iki rejim dövründə ən çox əzab-əziyyətə çəksə də, aborigen xalq olaraq İran dövlətinin formalaşmasının əsas sosial və milli mənbəyi, bazasıdır. Bu iki seçim məcburiliyi isə Cənubi Azərbaycanın öz müstəqilliyini elan etməsini şərtləndirir.
Nəsimi