Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili yanvarın 13-də Brüsseldə keçiriləcək və Avropa təhlükəsizliyi məsələsinə həsr olunacaq Qlobal Avropa Forumu 2026-da iştirak edəcək.
Mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili artıq Brüsselə yola düşüb.
“Hücum zamanı azadlıq: Təhlükəsiz Avropa uğrunda mübarizə” mövzusunda NATO-nun baş katibi Mark Rutte də iştirak edir. Forumda müasir qlobal çağırışlar qarşısında Avropa təhlükəsizliyinin və demokratik dəyərlərin qorunması yolları müzakirə olunacaq. Forum çərçivəsində Zurabişvili demokratik təsisatların və media azadlığının qorunmasına həsr olunmuş “Demokratiya qalxanı” adlı panel müzakirəsində iştirak edəcək. Paneldə Avropa Parlamentinin üzvü Natali Luazo, Stanford Universitetinin tədqiqatçısı Marije Şaake və “Sərhədsiz Reportyorlar” təşkilatının nümayəndəsi yer alacaq.
Müzakirəyə Avropa İttifaqı və NATO üzrə baş müxbir Terri Şults moderatorluq edəcək. Forum çərçivəsində beynəlxalq media nümayəndələri ilə yüksək səviyyəli ikitərəfli görüşlər və müsahibələr planlaşdırılır.
Nəsimi