İranda etiraz aksiyaları genişlənməkdə davam edir, ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilir.
Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internetə çıxışda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunur.
Dövlət Departamenti İranda olan ABŞ vətəndaşlarını internet kəsintilərinin davam edəcəyinə hazır olmağa, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmağa çağırıb.
Nəsimi