Dünya 13-01-2026, 05:53

Rusiya "Oreşnik"lə NATO-ya xəbərdarlıq edib

Rusiya "Oreşnik"lə NATO-ya xəbərdarlıq edib
Rusiyanın Ukraynaya “Oreşnik” raket zərbəsi endirməsi Şimali Atlantika Alyansına Kiyevə dəstəyindən əl çəkməsi üçün bir siqnaldır.

Planetinfo.az xəbər verir ki, bu fikri bazar ertəsi NATO-nun baş katibi Mark Rutte bildirib. “Keçən həftə biz Lvovda “Oreşnik” raket sisteminin istifadəsini gördük".

“Rusiya bizi Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır, lakin biz bundan əl çəkməyəcəyik”, - deyə TASS onun sözlərini sitat gətirib.

Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hilinin Ukraynanın Lvov vilayətinə Rusiyaya məxsus hipersəs raketi olan “Oreşnik”in vurulmasının şahidi olduğu bildirilirdi. O, bunu “ciddi məqam” adlandırıb.

Nəsimi

Xəbər lenti