Dünya 13-01-2026, 08:37

Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb

Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb
Rusiyanın Kuril adaları yaxınlığında 5,6 bal gücündə hiss olunmuş zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyasında bildirilib.

Məlumata əsasən, yeraltı təkanlar Severo-Kurilsk şəhərindən 194 km cənubda, dəniz dibinin 49 km dərinliyində qeydə alınıb.

Qeyd olunub ki, şəhərdə Rixter şkalası üzrə iki bal gücündə yeraltı təkanlar hiss olunub.

Xəbər lenti