Dünya 13-01-2026, 15:33

ABŞ İrana hərbi müdaxilə edəcəkmi?



“BMT Nizamnaməsinə görə hansısa dövlətin hüdudlarına birbaşa hərbi müdaxilə qadağandır. Həmçinin İran kimi hərbi gücə malik ölkənin hüdudlarına hərbi müdaxilə çox ruskli hesab olunur”.

Planetinfo.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ABŞ belə bir addımı atmağa tələsmir:

“Ola bilsin ki, hazırkı durum rejim dəyişikliyi üçün və ABŞ-ın bölgədəki durumla bağlı strategiyası ilə üst-üstə düşür. Bu baxımdan hərbi müdaxilə müharibə riski deməkdir və belə bir vəziyyət regional gərginlik və humanitar nəticələr yarada bilər”.
Çingiz Şahbazi qeyd edib ki, belə olan halda hərbi müdaxilə ehtimalı aşağı dərəcəli hesab olunur:

“ABŞ bu səbəbdən siyasi və diplomatik təzyiq yolunu davam etdirəcək və önümüzdəki günlərdə vəziyyətə uyğun olaraq addımlar atacağı istisna deyil. Bura həmçinin hərbi əməliyyatları da daxil etmək olar”.

Anar

Xəbər lenti