ABŞ Dövlət Departamenti İrandakı vətəndaşlarına Türkiyə və ya Ermənistan vasitəsilə ölkəni dərhal quru yolu ilə tərk etməyi tövsiyə edib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, müvafiq bildiriş Dövlət Departamentinin veb saytında yerləşdirilib.
"ABŞ vətəndaşları dərhal İranı tərk etməlidirlər. Türkiyə və ya Ermənistan vasitəsilə İranı tərk etməyi düşünün", -deyə bildirişdə deyilir. Bunun üçün əsas kimi İranda davam edən iğtişaşlar göstərilir.
Bildirişdə o da qeyd edilir ki, həm ABŞ, həm də İran vətəndaşlığına malik şəxslər İran pasportlarından istifadə edərək ölkəni tərk etməlidirlər. ABŞ hakimiyyəti həmçinin Əfqanıstan, İraq və ya Pakistan vasitəsilə İranı tərk etməməyi tövsiyə edir.
Anar