Belçika millisinin hücumçusu Romelu Lukaku klubu “Napoli” tərəfindən cərimələnib.
Planetinfo.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
Məlumata görə, Lukaku yaxın günlərdə icazəsiz məzuniyyətdən sonra “Napoli”nin düşərgəsinə qayıdıb. Martın sonunda hücumçu Belçika millisinin toplanışına yollansa da, orada həkimlər onun zədəsinin tam sağalmadığını müəyyən ediblər.
Bundan sonra futbolçu İtaliyaya qayıtmalı idi, lakin klubun icazəsi olmadan Belçikada qalaraq fərdi şəkildə bərpa prosesini davam etdirib və “Napoli”nin geri dönmək tələblərini nəzərə almayıb.
Bu davranışına görə Lukaku 150 min avro məbləğində cərimə olunub ki, bu da onun aylıq maaşının təxminən 20 faizinə bərabərdir.
Qeyd edək ki, 2025/2026 mövsümündə Lukaku “Napoli”nin heyətində bütün turnirlərdə 7 oyunda 1 qol vurub.