Gündəm / Dünya Dün, 18:45

İstanbulda leysan həyatı iflic etdi: Yol çökdü, məktəblər bağlandı



Türkiyənin İstanbul şəhərində güclü leysan bir sıra fəsadlara səbəb olub. Yolları, tunelləri və yeraltı keçidləri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Yağış nəticəsində bəzi ev və iş yerlərini su basıb, avtomobillər yollarda qalıb. Eyüpsultan rayonunda yol çöküb, Beykozda isə həyət divarının uçması nəticəsində iki nəfər xəsarət alıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də İstanbulda dövlət və özəl təhsil müəssisələrində əyani təhsil dayandırılıb. İkitəkərli nəqliyyat vasitələrinin hərəkəti də ikinci göstərişədək qadağan edilib.

İstanbul valisi Davut Gül sakinləri zərurət olmadıqca evdən çıxmamağa çağırıb. Gecəni daha təhlükəsiz və yuxarı mərtəbələrdə keçirmək tövsiyə edilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına görə, hazırda şəhərdə nəqliyyat sıxlığı 89 faizə çatıb.

Xəbər lenti