Gündəm / Dünya
Dün, 19:15
Kiyevə hava hücumu: azərbaycanlı ailənin mənzili dağıldı
Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb.
Desnyanski rayonunda Beydullayevlərə məxsus mənzil dağıntılara məruz qalıb.
Belə ki, ballistik raket binanın yanına düşüb. Zərbələr zamanı ailənin oğlu Ismixan Beydullayev evdə olub. Xoşbəxtlikdən onun həyatı təhlükəsizlikdədir.
Ümumilikdə Kiyevdə ölənlərin sayı 5, yaralananların sayı 20 nəfərə çatıb.