Gündəm / İdman Dün, 23:40

Xərclədiyi pulun qarşılığında ən çox kubok qazanan klublar açıqlandı


Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi (CIES) ən yaxşı klubların səmərəliliyi ilə bağlı araşdırma dərc edib.

Planetinfo.az xəbər verir ki, xərclənən hər 1 milyard avro müqabilində komandaların neçə kubok qazandığı hesablanıb. Dövr 2014/15–2023/24-cü illər mövsümlərini əhatə edib.

“Bayern” 1 milyard avro dəyərində 10,8 kubokla lider olub. İkinci sırada PSJ qərarlaşıb - 10 kubok. Üçlüyü 8,6 kubokla “Real” qapayıb.

Sonrakı pillələrdə “Mançester Siti” (6,6) və “Barselona” (6,6) qərarlaşıb.

Bu hesablama investisiya gəlirliliyini əks etdirir və klubun xərclənən pula nisbətən nə qədər kubok aldığını göstərir.

Xəbər lenti