Gündəm / İdman 26-04-2026, 17:30

Salah Ronaldonun komanda yoldaşı olacaq?



Yayda azad agent olacaq “Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.

Planetinfo.az xəbər verir ki, “Okaz”ın məlumatına görə, “Əl-Nəsr”in baş məşqçisi Jorje Jezus 33 yaşlı misirli futbolçunun transferini dəstəkləyib.

Hazırda “Əl-Nəsr”in heyətində Kriştiano Ronaldo, Sadio Mane, Joao Feliks və Kinqsli Koman kimi futbolçular çıxış edir.

Cari mövsümdə Salah “Liverpul”un heyətində 39 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər lenti