Gündəm / İdman Bugün, 11:30

“Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə qarşı - Yenilənir



Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
Planetinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Çempionluğu təmin etmiş “Sabah” “Şamaxı”nın qonağı olacaq. Oyunu Kamal Umudlu idarə edəcək.

Daha sonra “Zirə” evdə “Qəbələ” ilə üz-üzə gələcək. Oyunun baş hakimi Elçin Məsiyev olacaq.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a qalib gəlib (2:1), “Araz-Naxçıvan” “İmişli”yə (0:1) uduzub. “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı ayın 5-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
30-cu tur
3 may

“Şamaxı” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev
Şamaxı şəhər stadionu, 16:00.

“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov
Zirə İK stadionu, 18:30.

Xəbər lenti