Gündəm / Siyasət / Dünya 29-05-2026, 19:30

Almaniya Rusiyaya qarşı hücuma keçir? - Fridrix Mertsdən sərt çıxış



Almaniya Kansleri Fridrix Merts Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rumaniyada yaşayış binasına düşməsini kəskin şəkildə pisləyib.

Kansler Fridrix Merts bu barədə "X"də bəyanat yayıb.

O bildirib ki, Almaniya NATO-dakı müttəfiqi Rumaniya ilə həmrəydir.

“Rumıniyada pilotsuz uçuş aparatının düşməsi Rusiyanın eskalasiyaya hazır olduğunu bir daha nümayiş etdirir. Almaniya NATO müttəfiqlərinin yanındadır. Bu hadisə bir daha göstərir ki, Alyansın şərq cinahında NATO-nun güclü mövcudluğuna ehtiyac var. Biz NATO ərazisini müdafiə etməyə hazırıq”.

Ölkənin xarici işlər naziri Yohann Vadeful da Rusiyanın hərəkətlərinin kollektiv təhlükəsizliyə təhdid yaratdığını qeyd edib.

“Biz NATO çərçivəsində Ukraynanın müdafiə qabiliyyətini və Avropanın müdafiəsini gücləndirməkdə davam edəcəyik”, - Y.Vadeful vurğulayıb.

Xəbər lenti