Gündəm / Siyasət / Dünya 1-06-2026, 18:10

Fars körfəzində yük gəmisində partlayış oldu




Fars körfəzində yük gəmisi naməlum mərmi ilə vurulub və güclü partlayış olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Partlayış İraqın Ümm-Qəsr şəhərindən təxminən 65 dəniz kilometri (40 mil) cənub-şərqdə baş verib.

Hadisənin detalları bəlli deyil.

Xəbər lenti