Rusiya İsveçrənin vasitəçilik və ya “xoşməramlı xidmətlər” təkliflərində maraqlı deyil.
Bu barədə Rusiyanın Berndəki səfiri Sergey Qarmonin TASS-a açıqlamasında bildirib.
Diplomat İsveçrənin Moskvanın gözündə artıq nüfuzlu neytral dövlət statusunu itirdiyini vurğulayıb.
“Rusiya tərəfinin konfederasiyanın "xoşməramlı xidmətlərinə" ehtiyacı yoxdur”, - deyə səfir qeyd edib.
Qarmoninin sözlərinə görə, İsveçrə kollektiv Qərbin anti-Rusiya siyasətini dəstəkləyən qeyri-konstruktiv addımları ilə Moskva üçün əvvəlki neytral imicini itirib. O bildirib ki, bu mövqe Bern rəsmilərinin diqqətinə dəfələrlə çatdırılıb.
Səfir İsveçrənin Avropa İttifaqının bütün sanksiya paketlərinə qoşulduğunu, həmçinin Ukraynanın mülki şəxslərə qarşı hücumlarına göz yumduğunu iddia edib. Bundan əlavə, o bildirib ki, İsveçrə Avropa Şurasının Rusiya rəhbərliyinə qarşı xüsusi tribunal yaratmaq təşəbbüsünü dəstəkləyir.
“Belə vəziyyətdə İsveçrənin qərəzsizliyindən necə danışmaq olar?” - deyə Qarmonin əlavə edib