Moskva İran ilə ABŞ arasında davam edən danışıqları dəstəkləyir və istənilən potensial razılaşmada İranın maraqları nəzərə alınmalıdır.
Bunu "İzvestiya"ya müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranla gərginlik vəziyyətindən narahatdır, lakin onu necə həll edəcəyini bilmir: "Əlbəttə ki, bu vəziyyətə görə ilk növbədə onlar özləri məsuliyyət daşıyırlar. Lakin hər halda, biz Vaşinqton və Tehran rəsmiləri arasında Pakistanın vasitəçiliyi ilə aparılan danışıqları tam dəstəkləyirik”.
Lavrov qeyd edib ki, Səudiyyə Ərəbistanı və Misir də prosesə töhfə verməyə çalışırlar. "Bu dialoqların davam etməsi çox vacibdir. Əldə edilən istənilən razılaşma İranın və qonşu ölkələrin maraqlarını nəzərə almalıdır".