Gündəm / Siyasət / Dünya 8-06-2026, 19:50

Zelenski Paşinyanı təbrik etdi



Ukrayna prezidenti Vladimir Zelenski Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Zelenski bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Ermənistanı demokratik və azad seçkilərin keçirilməsi münasibətilə, Nikol Paşinyanı isə qələbəsi münasibətilə təbrik edirəm. Ukrayna ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə hazırdır", - deyə o bildirib.

Ukrayna lideri səsvermənin nəticələrini "Ermənistanın suverenliyinin və müstəqilliyinin qələbəsi" kimi qiymətləndirib, ölkəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Zelenski həmçinin Avropa İttifaqını İrəvana real dəstək verməyə çağırıb. O qeyd edib ki, Ermənistan və Brüssel arasında əməkdaşlıq insanların həyat şəraitinin yaxşılaşmasına töhfə verməlidir.

Xəbər lenti