Gündəm / Siyasət / Dünya Bugün, 18:50

Aİ-də Kallas böhranı: Diplomatik xidmətin rəhbərinin taleyi müzakirəyə çıxarılır



Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın fəaliyyəti Aİ ölkələrinin Xarici İşlər nazirlikləri nümayəndələrinin görüşündə əsas müzakirə mövzularından biri olacaq.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ-nin Xarici Fəaliyyət Xidməti (EEAS) ətrafında narazılıq qurumun 15 il əvvəl yaradılmasından bəri mövcuddur. Lakin avropalı rəsmilər hesab edir ki, son illərdə - xüsusilə Ukrayna və Yaxın Şərqdəki münaqişələr, ABŞ prezidenti Donald Trampın sərt ritorikası və Aİ-Çin iqtisadi münasibətlərində artan gərginlik fonunda xidmətin çatışmazlıqları daha açıq görünməyə başlayıb.

Yüksəkvəzifəli avropalı diplomat bildirib ki, EEAS və onun rəhbəri postu fərqli geosiyasi şəraitdə yaradılıb.

“Xidmət daha yaxşı işləyə bilərmi? Bəli. Ali nümayəndə və onun komandası fərqli fəaliyyət göstərə bilərdimi? Böyük ehtimalla, bəli. Avropa Komissiyası da başqa cür hərəkət edə bilərdi”, - diplomat qeyd edib.

Digər diplomatlar isə bildiriblər ki, Lüksemburqda keçiriləcək görüşün rəsmi gündəliyində EEAS-ın islahatı yoxdur. Bununla belə, onlar vurğulayıblar ki, qeyri-rəsmi müzakirələrdə həm bu məsələ, həm də Kaya Kallasın rolu qaçılmaz şəkildə gündəmə gələcək.

Xatırladaq ki, iyunun 11-də Aİ ölkələrinin Kaya Kallasın rəhbərlik etdiyi diplomatik xidmətin fəaliyyətinin səmərəsizliyi səbəbindən qurumda ra

Xəbər lenti