Gündəm / Siyasət / Dünya Bugün, 19:50

Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirdi



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. Aİ-nin “qara siyahısı”na 80-dən çox fiziki şəxs və təşkilat, o cümlədən Rusiya ilə dost münasibətlər saxlayan ölkələrin nümayəndələri də daxil edilib.

Bununla bağlı Avropa mediasında məlumat yayılıb.

Xatırladaq ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas daha əvvəl Rusiya ilə bağlı növbəti sərt açıqlaması ilə gündəmə gəlib. O, Ukraynadakı xüsusi hərbi əməliyyatın bütün iştirakçılarına qarşı sanksiyaların tətbiqini təklif edib.

Kallasın fikrincə, həmin şəxslərin Avropa İttifaqı ölkələrinə girişinə məhdudiyyət qoyulması hüquqi baxımdan mümkündür.

Qeyd edək ki, Aİ uzun müddətdir Rusiyaya təzyiq siyasəti yürüdür. Birlik hesab edir ki, bu addımlar Ukrayna münaqişəsi ilə bağlı Qərbin şərtləri əsasında sülh razılaşmasının əldə olunmasına təsir göstərə bilər.

Moskva isə danışıqlara qarşı olmadığını bildirsə də, sülh sazişinin münaqişənin əsas səbəblərini aradan qaldırmalı və qarşılıqlı məqbul şərtlərə əsaslanmalı olduğunu vurğulayır.

Xəbər lenti