“ABŞ və İran arasında əldə olunan razılaşma çərçivəsində əsas prioritet onun hər kəs tərəfindən sürətli və tam şəkildə icrasıdır”
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
O, Hörmüz boğazının dərhal açılmasının vacibliyini vurğulayaraq, hərəkət azadlığını regional sabitlik və qlobal iqtisadiyyat üçün əsas amil kimi qiymətləndirib.
Fon der Lyayen qeyd edib ki, bu çərçivə razılaşması Yaxın Şərqdə sülh və təhlükəsizlik üzrə daha geniş danışıqlar üçün imkan yaradır.
“Livan alov içində olduğu müddətdə Yaxın Şərqdə sülh mümkün deyil. Avropanın bütün tərəfləri Livanın suverenliyinə hörmət etməyə və atəşkəsə əməl etməyə çağırış edir ,” - deyə o əlavə edib.