Gündəm / Siyasət / Dünya Bugün, 20:30

Aİ-dən İran-ABŞ razılaşmasına dəstək: Hörmüz boğazı ilə bağlı mesaj



Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.

O, Aİ xarici işlər nazirlərinin görüşü öncəsi jurnalistlərə açıqlamasında bütün ölkələrin Hörmüz boğazının açıq qalmasında maraqlı olduğunu bildirib.

“Biz bunu böyük məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma cümə günü imzalanacaq. Çünki hamıya açıq Hörmüz boğazı və müharibənin başa çatması lazımdır”, - deyə Kaya Kallas vurğulayıb.

O, əldə olunan razılaşmanın uzunömürlü olacağına ümid etdiyini də qeyd edib. Kallasın sözlərinə görə, Aİ ölkələrinin XİN rəhbərləri İranla bağlı vəziyyətə hansı formada töhfə verə biləcəklərini müzakirə edəcəklər.

O bildirib ki, Brüssel İran, ABŞ və Fars körfəzi regionundakı tərəfdaşlarla təmasdadır. Kallas əlavə edib ki, Avropa İttifaqı nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçi rolunu oynaya bilər.

Xəbər lenti