Gündəm / Siyasət / Dünya 16-06-2026, 21:00

Qərbi Ukraynada təyyarə qəzası baş verdi



Qərbi Ukraynanın Xmelnitski vilayətində aviasiya qəzası baş verib.

Bu barədə yerli sosial şəbəkə kanallarına istinadla "Новости.Live" telekanalı ”Telegram“ kanalında məlumat yayıb.

Ehtimala görə Ukraynaya məxsus "MiQ-29" qırıcısı qəzaya uğrayıb.

"Xmelnitski bölgəsində aviasiya qəzası baş verib: təyyarə sahəyə düşüb. İnternetdə hadisənin baş verdiyi güman edilən yerdən videolar yayılır və "MiQ-29" qırıcısının qəzaya uğraya biləcəyi bildirilir", - deyə xəbərdə qeyd olunur.

Qeyd edək ki, hadisə ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Bununla belə, Strana.ua nəşrinin xəbərinə görə, vilayət hərbi administrasiyası daha əvvəl planlaşdırılan hərbi təlimlər barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti