Fransanın 53 əyalətində yüksək hava temperaturu ilə əlaqədar narıncı xəbərdarlıq edilib.
Bu barədə Fransa meteorologiya agentliyi “Meteo-France” məlumat yayıb.
Bildirilib ki, 21-23 iyun tarixləri arasında ölkədə rekord temperatur müşahidə oluna bilər.
Yerli medianın məlumatına görə, Seine-et-Marne, Jironde, Sarthe və Charante-Maritime bələdiyyələri tərəfindən təşkil edilən musiqi festivalları da yüksək temperatur səbəbindən ləğv edilib.
Fransa Daxili İşlər Nazirliyi isti havaya qarşı görülə biləcək tədbirlər barədə məlumat vermək üçün pulsuz qaynar xətt də yaradıb.