"Əsgərlərimizə və ərazimizə edilən hücumlara dözməyəcəyik, Hizbullahı ağır cəzaya məhkum edəcəyik".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında bildirib.
İsrail müdafiə naziri İsrail Katz isə Livanın cənubundan çəkilməyəcəklərini açıqlayıb: "İstənilən hücuma sərt cavab veriləcək".
Qeyd edək ki, Hizbullahın hücumu nəticəsində Livanın cənubunda biri batalyon komandiri olmaqla dörd İsrail əsgəri həlak olub.