Gündəm / Dünya
2-07-2026, 18:30
Kallasla işləmək kabusdur: Yüzlərlə əməkdaş stressə görə məzuniyyətə çıxıb
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yüzlərlə əməkdaşı stress səbəbindən xəstəlik məzuniyyətinə çıxıb.
Bu barədə "Politico" məlumat yayıb.
"Yüzlərlə işçi və ya işçi qüvvəsinin təxminən 8%-i stresslə əlaqəli xəstəliklər səbəbindən xəstəlik məzuniyyətindədir”, - nəşr bildirib.
Nəşr əvvəllər EEAS-ın işçilərin əhval-ruhiyyəsinin aşağı düşməsi və daxili münaqişələrlə üzləşdiyini bildirmişdi.