Kuba hakimiyyəti Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq istiqamətində irəliləyir.
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır", - deyə o, Şimali Dakotaya səfəri zamanı bildirib.
Çərşənbə günü isə Kubanın xarici işlər naziri Bruno Rodriges ABŞ ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmadığını bildirmişdi.
Son aylarda Tramp administrasiyası Havanaya siyasət kursunu dəyişdirməsi üçün təzyiq göstərməyə çalışıb. ABŞ Kubaya qarşı bir sıra əlavə sanksiyalar tətbiq edib və enerji təchizatını məhdudlaşdırmaq üçün blokada yaradıb.