Fransanın bir sıra bölgələrində baş verən güclü fırtına ciddi dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Təbii fəlakət nəticəsində 53 min ev təsərrüfatı işıqsız qalıb.
Ən çox zərər Overn-Ron-Alp və Yeni Akvitaniya bölgələrində qeydə alınıb. Obena şəhərində yüzlərlə avtomobilə və evlərə ziyan dəyib, təxminən 100 nəfər təxliyə edilib, azı 5 nəfər yaralanıb.
Bundan başqa, Sent-Etyen şəhərində tornado iki yük maşınının aşmasına səbəb olub, bölgədə nəqliyyatın hərəkəti çətinləşib. Yanğınsöndürənlər əlverişsiz hava şəraiti ilə bağlı 600-dən çox çağırışa müdaxilə ediblər.