Avstraliyalı qolfçu Cessika Banq 18 yaşında beyin qanaması səbəbindən vəfat edib.
1 avqustda Tailandda keçirilən turnirə hazırlıq zamanı idmançı huşunu itirib. O, təcili olaraq Banqkok xəstəxanasına aparılıb və orada təcili beyin əməliyyatı edilib. Təxminən iki həftə reanimasiyada qaldıqdan sonra o, 14 avqust cümə axşamı günü vəfat edib.
WPGA Tour of Australasia (Avstraliyada yerləşən peşəkar qadın qolf turu) 2025-ci ilin sonlarında peşəkar olan Banqın “görkəmli gənc istedad” olduğunu bildirib.