Gündəm / Siyasət / Dünya Bugün, 19:40

Nəcəf hava limanı İran reyslərini dayandırdı



İraqın Nəcəf şəhərində yerləşən hava limanı İranla həyata keçirilən aviareyslərin qəbulunu dayandırıb.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Nəcəf hava limanı sentyabrın 25-də saat 02:00-dan etibarən İrana və İrandan həyata keçirilən uçuşların ləğv edildiyini açıqlayıb.

Bununla belə, bəzi aviaşirkətlərin uçuş cədvəlində hələ də Tehran-Nəcəf reysləri göstərilir. Nəcəfə getmək üçün hava limanında gözləyən zəvvar karvanlarının olduğu da qeyd edilir.

Eyni zamanda, Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanının uçuş tablosunda bəzi Tehran-Nəcəf reysləri hələ də yer alır.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ İranın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarda İrana uçuşların həyata keçirilməsinə yardım edən ölkələrə qarşı da məhdudiyyətlərin tətbiq olunacağı bildirilib.

Xəbər lenti