Jelatin əsaslı təbii zefirin tərkibində təbii xondroprotektorlar var, deserdəki alma pektini isə antioksidant aktivliyə malikdir.
Bu barədə “RT”yə “Roskaçestvo”dan bildiriblər.
"Klassik zefirin tərkibinə şəkər, bəkməz, alma püresi, yumurta ağı və təbii qatılaşdırıcılar - pektin və ya aqar daxildir. Bu zaman alma püresi desertin məcburi inqrediyenti hesab olunur: o olmadan məhsul zefir adlandırıla bilməz", - “Roskaçestvo” mütəxəssisləri izah ediblər.
Qurumdan qeyd olunub ki, şirəsiz zefirin 100 qramında 300–330 kilokalori var və tərkibində yağ yoxdur, bu da onu digər desertlər fonunda “yüngül şirniyyat” adlandırmağa imkan verir. Lakin onun tərkibində şəkər çoxdur, buna görə də diabetdən əziyyət çəkən insanlara zefir əks-göstərişdir, mədəaltı vəz xəstəlikləri zamanı isə onu ehtiyatla istehlak etmək lazımdır.
Alarkən tərkibini yoxlamaq, alma püresi və təbii qatılaşdırıcıları olan zefiri seçmək tövsiyə olunur. Desert şirəlidirsə, şirənin təkibində kakao yağının əvəzediciləri olmamalıdır. Keyfiyyətli zefir yumşaq, havalı olmalı və asanlıqla bölünməlidir. Qurumaması üçün onu otaq temperaturunda, günəş şüalarından və istilik mənbələrindən uzaqda, polietilen paketdə saxlamaq məsləhət görülür.