Gündəm / Siyasət / Dünya Dün, 15:11

Rusiya səmasında gərgin gecə: Rekord sayda dron hücumu dəf edildi



Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya regionları və Qara dəniz üzərində 1015 Ukrayna pilotsuz təyyarəsini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təyyarə tipli Pilotsuz Uçan Aparatlar(PUA) oktyabrın 17-də Moskva vaxtı ilə saat 20:00-dən oktyabr 18-i saat 08:00-a qədər sıradan çıxarılıb.

Pilotsuz təyyarələr Belqorod, Bryansk, Vladimir, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Ryazan, Smolensk, Tver və Tula vilayətləri, eləcə də Moskva vilayəti, Krasnodar diyarı, Krım və Qara dəniz üzərində məhv edilib.

Xatırladaq ki, 18 oktyabr gecəsi Rusiyanın Leninqrad vilayəti də kütləvi dron hücumuna məruz qalıb. Təkcə burada 140-dan çox dron vurulub. Vilayətin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, dron qalıqları Kirovsk şəhəri yaxınlığındakı fərdi evə, eləcə də Vsevolojskdakı çoxmənzilli binaya düşüb.

Xəbər lenti