Gündəm / Hadisə Dün, 16:00

Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü



Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə dəmir yol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti