Gündəm / Dünya Dün, 15:30

Dyubua Uordlini nokaut etdi




Oktyabrın 17-dən 18-nə keçən gecə Londondakı O2 Arenada Daniel Dyubua və Fabio Uordli arasında döyüş baş tutub.
Bu döyüşdə Dyubua WBO ağır çəki çempionluq kəmərini müdafiə edirdi.

Boks döyüşü ikinci raundda Dyubuanın rəqibini nokaut etməsi ilə başa çatıb.

Daniel rəqibini ilk raundun 10-cu saniyəsində nokdaun vəziyyətinə salıb.

Fabio sonradan özünə gəlib, lakin ilk üç dəqiqənin sonunda çoxsaylı zərbələr alıb.

Beləliklə, döyüş ikinci raundda başa çatıb.

Xəbər lenti