Gündəm / Dünya Dün, 18:11

Fransada kütləvi iğtişaşların vurduğu ziyan açıqlandı



Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Fransanı etiraz aksiyaları bürüyüb. İğtişaşlar, talan və və dağıntılarla müşayiət olunan aksiyalar zamanı 1800-dən çox etirazçı saxlanılıb.

Fransa Ticarət və Dağıtım Federasiyasının məlumatına görə, Fransada baş verən iğtişaşlar nəticəsində pərakəndə satış məntəqələrinə dəyən ziyan yüz milyonlarla avro təşkil edib.

Federasiyanın məlumatına görə, iğtişaşlar nəticəsində 1500 pərakəndə satış müəssisəsi zərər çəkib.

Qeyd edək ki, xarici medianın yaydığı xəbərlərdə qeyd edilir ki, iğtişaşlar Paris, Marsel, Lion, Bordo və digər şəhərlərə yayılıb. Fərqli hesablamalara görə, etirazçıların sayı 550.000 ilə 800.000 arasında dəyişir. Rəsmi məlumatlar bu rəqəmin 550.000 olduğunu göstərir. Ümumi Əmək Konfederasiyası (CGTL) isə 800.000 nəfərin etiraza qalxdığını iddia edir.

Xəbər lenti