Gündəm / Siyasət / Dünya Dün, 11:41

“Ukraynalıları dəhşətə gətirən” qərar - “Starlink”i kim söndürtdürüb?



Ağ Ev Ukraynanın "Starlink" peyk rabitə sisteminə çıxışının məhdudlaşdırılması barədə göstəriş verməyib.

Bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio açıqlama verib.

Rubionun sözlərinə görə, nasazlıq ABŞ administrasiyasının göstərişi ilə baş verməyib və onun səbəbləri Ağ Evin hərəkətləri ilə əlaqəli deyil. O, həmçinin bildiyi qədərilə sistemin fəaliyyətinin artıq bərpa olunduğunu qeyd edib.

Dövlət katibi "Starlink" internet bağlantısının Ukrayna pilotsuz uçuş aparatlarının sistemdən istifadəsini məhdudlaşdırmaq məqsədilə qəsdən ləngidilməsi barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

Bundan əvvəl "Reuters" Ağ Evin Ukraynada "Starlink" peyk rabitə sisteminə qoyulan məhdudiyyətlərlə əlaqəsi olduğunu bildirmişdi. Bu qərarı məhz kimin qəbul etdiyi məlum deyil. Agentliyin mənbələri ABŞ Prezidentinin belə bir göstəriş vermədiyini təsdiqləyiblər.

Öz növbəsində, "The Wall Street Journal" qəzeti yaranmış vəziyyətin “ukraynalıları dəhşətə gətirdiyini” qeyd edib. Nəşrin məlumatına görə, prezident Volodimir Zelenski Rusiya ərazisinin 300 kilometr dərinliyinə qədər Starlink-ə çıxış əldə etmək müqabilində 100 gün ərzində Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olduğunu bildirib. İddialara görə, bu, Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı raket buraxılış qurğularını daha dəqiq vurmağa imkan verəcək.

Xəbər lenti