Gündəm / Siyasət / Dünya Dün, 11:00

ABŞ-da timsah daha bir nəfəri parçaladı



Floridada cari il ərzində artıq ikinci dəfə timsah hücumu nəticəsində insan ölümü baş verib.

Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, 1948-ci ildən bəri ABŞ-ın bu ştatında yırtıcı sürünənlərin hücumları nəticəsində ümumilikdə 34 nəfər həyatını itirib.

Rəsmi məlumatda bildirilir ki, faciəvi hadisə cümə günü axşam saatlarında baş verib. Yerli su hövzələrindən birində, Orlandodan 24 kilometr aralıda balıq tutan 71 yaşlı Stiven Hamilton, uzunluğu təxminən üç metr yarım olan timsahın hücumuna məruz qalaraq həlak olub. Kütləvi informasiya vasitələrinin nümayəndələri də bu ilin əvvəlindən bəri belə bir hadisənin rəsmi olaraq ikinci dəfə qeydə alındığını vurğulayıblar.

Yerli hakimiyyət orqanlarının nümayəndələrinin məlumatına görə, suda digər yırtıcı sürünənlərin də olması axtarış-xilasetmə işlərini xeyli çətinləşdirib. Bu səbəbdən həlak olan kişinin cəsədini yalnız iki saat sonra tapmaq mümkün olub.

Xəbər lenti