Gündəm / Dünya
20-02-2026, 18:45
Əfqanıstanda güclü zəlzələ oldu
Əfqanıstanın Hindukuş dağlarında 5.5 bal gücündə zəlzələ olub.
Planetinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 108 min əhalisi olan Baqlan şəhərindən 111 km cənub-şərqdə, ocağı isə 87 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə hələlik açıqlama verilməyib.