Gündəm / Siyasət / Dünya 20-02-2026, 18:46

Real güzəştlərə hazırıq - Zelenski təslim olur?




Ukrayna real güzəştlərə getməyə hazırdır.

Planetinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da xalqa müraciətində deyib.

"Biz real güzəştlərə hazırıq. Amma müstəqilliyimiz və suverenliyimiz bahasına güzəştlərə yox", - deyə o yazıb.

Zelenskinin sözlərinə görə, Kiyev ABŞ- la qarşılıqlı güzəştləri müzakirə etməyə hazırdır . O bildirib ki, bu cür qərarlar Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır.

Zelenski əvvəllər tərəflərin Donbas məsələsində həll yolu tapa bilmədiyini vurğulamışdı. Ukrayna prezidentinin sözlərinə görə, Kiyev, müdafiə xətti Donbasdan keçdiyi üçün qoşunlarını oradan çıxara bilməz.

Xəbər lenti