Gündəm / Siyasət 20-02-2026, 21:30

İrəvanda 40 ünvanda genişmiqyaslı axtarışlar aparılır - Nə baş verir?

 


Ermənistanın hüquq-mühafizə orqanları İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, DİN-in əməkdaşları İstintaq Komitəsi ilə birgə fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ilkin istintaq çərçivəsində tədbirlər həyata keçirirlər.

Fevralın 18-də İrəvanda atışma nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Xəbər lenti