Narkotik əməliyyatı çərçivəsində saxlanılan aktyor İsmayıl Hacıoğlu "TRT 1" kanalında yayımlanan "Cennetin çocukları" serialının aktyor heyətindən uzaqlaşdırılıb.
Planetinfo.az xəbər verir ki, bu qərar aktyor polisə ifadəsində narkotik maddə istifadə etdiyini etiraf etdikdən sonra verilib.
Hacıoğlunun yerinə artıq yeni aktyor axtarışına da başlanılıb.
Xatırlada ki, daha öncə "Kızılcık Şerbeti"nin aktyoru Doğukan Güngör də eyni səbəblə serialdan çıxarılmışdı.