Gündəm / İdman 22-02-2026, 18:30

Azərbaycan gimnastları Dünya Kubokunu 6 medalla başa vurdular




Azərbaycan gimnastları Bakıda keçirilən Dünya Kubokunu altı medalla başa vurublar.

Planetinfo.az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov cütü və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.

Xəbər lenti