Gündəm / Siyasət / Dünya
23-02-2026, 21:57
Tramp yenə hədələdi: Bəzi ölkələr tezliklə...
ABŞ ilə əvvəllər razılaşdırılmış ticarət qaydalarını pozan istənilən ölkə müəyyən edilmiş tariflərin artırılması ilə üzləşəcək.
Planetinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"da yazıb.
O qeyd edib ki, Ali Məhkəmənin bu mənasız qərarı ilə "oyun oynamaq" istəyən istənilən ölkə, xüsusən də ABŞ-ni illər və hətta onilliklər boyu aldadanlar bu yaxınlarda razılaşdıqlarından daha yüksək tariflərlə və hətta daha pis gömrük rüsumları ilə üzləşəcəklər.