İranın Əsəluyə şəhərindəki "Cənubi Pars" neft-kimya zavodunda baş verən yanğın lokallaşdırılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir.
***
İsrail Hərbi Hava Qüvvələri İranın ən böyük neft-kimya müəssisəsi olan Əsəluyədəki Cənubi Pars neft-kimya müəssisəsinə zərbə endirib.
Planetinfo.az “The times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bəyanat yayıb.
"İranın ən böyük neft-kimya müəssisəsinə, ölkənin neft-kimya istehsalının təxminən 50 faizinə cavabdeh olan Əsəluyədə yerləşən mərkəzə güclü zərbə endirilib. Ümumilikdə İranın neft-kimya ixracatının təxminən 85 faizinə cavabdeh olan iki müəssisə istifadədən çıxarılıb və fəaliyyət göstərmir. Bu, İran rejiminə on milyardlarla dollar dəyərində ağır iqtisadi zərbədir”, - deyə o qeyd edib.