Tehran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq.
Planetinfo.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi Reuters-ə bildirib.
O, ABŞ-dən atəşkəs təklifini aldığını təsdiqləyərək, araşdırıldığını qeyd edib.
Rəsmi şəxsin sözlərinə görə, İran müəyyən edilmiş müddət ərzində qərar qəbul etmək üçün təzyiqi qəbul etmir.
O, qeyd edib ki, Tehran Vaşinqtonun daimi atəşkəsə hazır olmadığına inanır.