"ABŞ İran üzərində vurulan F-15E qırıcı təyyarəsinin pilotlarının xilasetmə əməliyyatı zamanı İsfahandakı bir obyektdən İranın zənginləşdirilmiş uranından istifadə etməyi planlaşdırmış ola bilər".
Planetinfo.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
"İranın hava məkanını pozan ABŞ əməliyyatı ilə bağlı suallar və qeyri-müəyyənliklər davam edir. Pilotun gizləndiyi ehtimal olunan yer Kohgiluyə və Boyer Əhməd əyalətidir. ABŞ təyyarəsinin İsfahanda eniş etdiyi nöqtə bu yerdən xeyli uzaq məsafədə olub, ona görə də əməliyyatın İran uranın oğurlanmasına yönəlmiş yayındırıcı taktika olması ehtimalı var".
Qeyd edək ki, daha əvvəl ABŞ-nin NBC News telekanalı İran ərazisi üzərində vurulan F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsinin əsasən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən başladılan dezinformasiya kampaniyası sayəsində mümkün olduğunu bildirib.