“Krokus Siti Holl”da törədilən terror aktı üzrə məhkum olunan şəxslərdən biri intihar edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Məlumata görə, söhbət xüsusi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən ömürlük məhkum, 37 yaşlı Yakubcan Yusufzadədən gedir. Həmin şəxsdə mexaniki asfiksiya əlamətləri qeydə alınıb. Hadisə yerində istintaq orqanları işləyir, baş verən hadisənin bütün təfərrüatı müəyyənləşdirilir.
İstintaqın məlumatına görə, o, hücumdan bir neçə gün əvvəl terror aktının icraçıları üçün yaşayış yerinin ödənilməsi məqsədilə pul vəsaitləri köçürüb, vəsaitlərin bir hissəsini isə cinayət törədildikdən dərhal sonra onlardan birinə göndərib.