Gündəm / Dünya Bugün, 20:05

Rusiyaya qarşı sanksiyaları dərhal ləğv edin! - Fransadan şok tələb



Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo ölkə rəhbərliyinə sərt çağırış edərək, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təcili şəkildə dayandırılmasını tələb edib.

Planetinfo.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında paylaşım edib.

Filippo bildirib ki, Rusiya enerjisindən imtina edilməsi ölkə iqtisadiyyatına ciddi zərbə vurur və xalqı çətin vəziyyətə salır: “Biz nə yanacaq güzəştləri, nə də enerji məhdudiyyətləri istəyirik! Ucuz enerjiyə çıxış əldə etmək üçün Rusiyaya qarşı sanksiyaların dərhal ləğv olunmasını tələb edirik”.

Partiya lideri həmçinin elektrik enerjisinin qiymətini aşağı salmaq üçün Fransanın vahid Avropa elektrik enerjisi bazarından çıxmasını, vergilərin və ƏDV-nin (Əlavə dəyər vergisi) azaldılmasını zəruri hesab edib. O, Avropa Komissiyasının hər hansı “təhqiqatına” ehtiyac duymadan ölkədə yeni atom elektrik stansiyalarının tikilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Florian Filippo qeyd edib ki, bu zəruridir və Fransanın müstəqil qərarlar verməsi və bu addımları reallaşdırması üçün Avropa İttifaqını tərk etməsi qaçılmazdır.

Xəbər lenti