İranda 80-dən çox universitet, tədqiqat mərkəzi və kitabxana ABŞ və İsrail tərəfindən dağıdılıb.
Planetinfo.az xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfiri Əlirza Hakikian Düşənbədə keçirilən Xarici Universitetlərin Üçüncü Beynəlxalq Festivalı və Sərgisinin açılışında çıxış edərkən bildirib.
Səfir əlavə edib ki, bu hücumlarda həlak olanlar arasında tələbələr də var. O bildirib ki, bu hücumlar təkcə iranlıları deyil, həm də hazırda İran universitetlərində təhsil alan minlərlə əcnəbini hədəf alıb.
O, ABŞ və İsrailin təcavüzünün qismən Minabda 170 uşağın ölümünə səbəb olan məktəbə hücumla başladığını xatırladıb.
Qeyd edək ki, aprelin 1-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, münaqişənin başlanğıcından bəri ABŞ və İsrail İslam Respublikasında 600-dən çox məktəb və təhsil müəssisəsini hədəfə alıb.