Gündəm / İdman
1-03-2026, 23:59
“Arsenal” London derbisində “Çelsi”yə qalib gəlib
İngiltərə Premyer Liqasının XXVIII turunun mərkəzi oyununda lider "Arsenal" "Çelsi"ni qəbul edib.
PLANETİNFO.AZ xəbər verir ki, London derbisi ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçlarında da eyni hesab qeydə alınıb. "Mançester Yunayted" "Kristal Pelas"a, "Fulhem" "Tottenhem"ə, "Brayton" isə "Nottingem Forest"ə qalib gəlib.